Kuryerin gətirdiyi yeməkdən 34 nəfər ZƏHƏRLƏNDİ
09 sentyabr 2023 10:12 (UTC +04:00)

Kuryerin gətirdiyi yeməkdən 34 nəfər ZƏHƏRLƏNDİ

0

Sankt-Peterburqda evə çatdırılmaqla hazır qida alanlar arasında 34 nəfər zəhərlənib.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, həmin şəxslərdə bağırsaq infeksiyası qeydə alınıb. Onlar kuryer xidməti vasitəsilə “Green Box” SC şirkətindən ərzaq alanlardır. Hazırda bu qurumun işi dayandırılıb.

Belə ki, müəssisənin sanitar normaları, xüsusilə də hazırlıq texnologiyalarını, eləcə də saxlama müddətlərini və şərtlərini kobud şəkildə pozduğu bildirilir.

Rospotrebnadzor həm hazır qida tədarük edən şirkətə, həm də çatdırılma xidmətinə qarşı məhkəməyə qədər iddianın tərtib edilməsində zərərçəkmişlərə kömək etməyə hazır olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1940

Oxşar yazılar