Kürəkən qayınata və qayınanasını bıçaqladı - BAKIDA
21 sentyabr 2021 03:23 (UTC +04:00)

Kürəkən qayınata və qayınanasını bıçaqladı - BAKIDA

Bakının Sabunçu rayonunda ər və arvad bıçaqlanaraq ağır xəsarətlər alıblar.

APA xəbər verir ki, hadisə Nardaran qəsəbəsində baş verib.

1949-cu il təvəllüdlü Əliyev Müzəffər Gülhüseyn oğlu və onun həyat yoldaşı, 1962-ci il təvəllüdlü Əliyeva Kəklik Ağasalah qızı kürəkənləri tərəfindən əvvəlcə döyülüblər. Daha sonra kürəkən qayınanasına 6, qayınataya isə üç bıçaq xəsarəti yetirib. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2064

Oxşar yazılar