Su Nəqliyyatında Polis İdarəsi və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Xidmətinin əməkdaşları ilə birgə tədbir keçiriblər.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu zamanı Neftçala rayonu ərazisində, Kür çayında yerləşən adalardan birində narkotik tərkibli çətənə kolları aşkar edilib.
Adaya baxış zamanı ümumi çəkisi 7 kiloqram olan 41 ədəd yabanı halda bitən çətənə kolu aşkar edilərək götürülüb və məhv edilib.