Küçədə söyüş  söyən gənc 30 günlük  həbs edildi
07 yanvar 2026 13:55 (UTC +04:00)

Küçədə söyüş söyən gənc 30 günlük həbs edildi

0

Bakıda küçədə söyüş söyən gənc həbs olunub.

Lent.az xəbər verir ki, hadisə Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində qeydə alınıb.

28 yaşlı Mahir Mədətov (ad və soyad şərtidir) küçədə piyada hərəkət edərkən uca səslə nalayiq ifadələr işlədib. bunu görən polis əməkdaşları ona yaxınlaşıb irad bildirsələr də, Mahir qanuni tələbə məhəl qoymayıb.

Nəticədə o saxlanılıb və barəsində inzibati protokol tərtib olunub.

Binəqədi rayon Məhkəməsinin qərarı ilə Mahir Mədətov barəsində 30 gün müddətinə inzibati həbs cəzası verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3701

Oxşar yazılar