Novokuznetskdə qızı qarət edən yerli sakinlə bağlı hökm elan edilib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, Kemerovo vilayətinin Novokuznetsk sakini qıza hücum edərək telefonunu əlindən almaq istəsə də, zərərçəkən onun üzünə bibər qazı vurub. Soyğunçu qaçmağa başlayıb, lakin büdrəyərək, yıxılıb və hadisə yerində yuxuya gedib.
36 yaşlı kişi polis əməkdaşları tərəfindən saxlanılıb. Cinayət işinin istintaqı zamanı məlum olub ki, həmin şəxs əvvəllər də bir neçə dəfə məhkum olunub. Məhkəmə onun iki uşaq atası olduğunu nəzərə alaraq 9 ay həbs cəzasına məhkum edib.