Bakı sakini külli miqdarda pul itirib.
Lent.az-ın məlumatına görə, bu barədə zərərçəkmiş Elgün Rəsulov sosial şəbəkədə paylaşım edib. O bildirib ki, paytaxtın Yasamal rayonu, “İnşaatçılar” metrostansiyası yaxınlığında içərisində 3000 manat və 1400 dollar (ümumilikdə təxminən 5380 manat) olan pulqabısını itirib.
Zərəçəkmiş pulu tapan şəxslərdən geri qaytarmasını xahiş edib.