Hindistanda Mizoram ştatında tikilməkdə olan dəmir yolu körpüsü uçub.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, nəticədə ən azı 17 nəfər ölüb.
Dağıntı yerində axtarış-xilasetmə əməliyyatına başlanılıb. Baş nazir Narendra Modi həlak olanların ailələrinə başsağlığı verib və onlara, eləcə də zərərçəkənlərə bütün lazımi yardımların göstəriləcəyinə əmin olub.