Koronavirusa görə bir kəndə giriş qadağan edilib? - RƏSMİ CAVAB
17 avqust 2021 11:45 (UTC +04:00)

Koronavirusa görə bir kəndə giriş qadağan edilib? - RƏSMİ CAVAB

Sosial şəbəkələrdə koronavirus səbəbi ilə Göyçayın Qaraməryəm kəndinə girişin bağlanması barədə məlumatlar yayılıb.

Lent.az məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb.

Nazirliyin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Mənsimov yayılan məlumatların əsassız olduğunu bildirib:

“Göyçayda belə bir hal olmayıb. Heç bir kəndin girişində nə polis tərəfindən post qurulmayıb, nə də giriş bağlanmayıb və kənd nəzarətə götürülməyib. Yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Əldə etdiyimiz məlumata görə, həmin kənddə bir ailə koronavirusa yoluxub və ailə COVID-19-dan başçısı ölüb. Xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə həmin ev və ailə nəzarətə götürülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10560
avatar

Mehman Nəbiyev

Oxşar yazılar