İmişlidə yaşadığı evi tərk edən COVID-19 xəstəsi saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, İmişli rayonu, Otuziki kənd sakini Yavər Zülfüqarova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.
Lakin adı çəkilən şəxs yaşayış yerini tərk edərək rayon mərkəzinə gəlib və digər insanlar üçün real təhlükə yaradıb.
Polis şöbəsinin əməkdaşları tərəfindən sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan Y.Zülfüqarovun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, o, təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdirilib.
Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün İmişli rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.