Köməyə çağırdığı polisin maşınının altında qalıb öldü
18 iyun 2021 19:32 (UTC +04:00)

Köməyə çağırdığı polisin maşınının altında qalıb öldü

Güllə yarası alan amerikalı amerikalı yardım üçün polis çağırıb.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, çağırışa gələn patrul onun yol kənarında uzandığını görməyib və polis maşını üstündən keçib. Nəticədə kişi ölüb.

Məlumata görə, )hayo ştatının 42 yaşlı sakini Erik Koul qolundan yaralandıqdan sonra təcili xidmətə zəng vurub. Zəngdən sonra ünvanı qarışıq salınıb və bu faciəvi qəzanın baş verməsində rol oynayıb.

Avtomobilin üstündən keçməsi nəticəsində ağır yaralanıb və səhəri gün xəstəxanada ölüb.

Həmin vaxt polis maşınının sükanı arxasında olan zabit Amanda Rozales işdən uzaqlaşdırılıb, daxili araşdırma aparılır. 

Yerli polis nümayəndəsinin sözlərinə görə, hadisə təsadüf nəticəsində baş verib. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2310
avatar

Oxşar yazılar