Moskvada naməlum şəxslər rusiyalı stend-up komediyaçısı, TNT kanalında “Comedy Battle” şousunun iştirakçısı Nikolay Tisenkonu döyüblər.
Lent.az Rusiya KİV-ə istinadla xəbər verir ki, stend-up komediyaçısı avqustun 14-də səhər tezdən döyülüb. Məlumata görə, hücum nəticəsində yumorist xəstəxanaya aparılıb. Mütəxəssislər ona beyin silkələnməsi diaqnozu qoyublar.
Hazırda araşdırma aparılır.