Kişi evə ayaqqabı ilə girən  təcili yardım həkimlərini döydü
05 dekabr 2024 13:03 (UTC +04:00)

Kişi evə ayaqqabı ilə girən təcili yardım həkimlərini döydü

Rusiyanın Primorski vilayətinin Vladivostok şəhərində sərxoş şəxs təcili yardım işçilərinə hücum edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, şəhər sakini olan qadın özünü pis hiss etdiyindən çağırışla evə təcili tibbi yardım həkimləri gəlib. Müayinə zamanı qadının sərxoş əri təcili tibbi yardım işçilərinə hücum edib. Kişi nalayiq sözlər işlədib və həkimlər mənzildən çıxmaq istəyəndə, o, qapını bağlayaraq, onları hədələyib.

“Kişinin vəziyyətini və aqressiv davranışını görüb dərhal münaqişəyə girməmək və mümkün qədər tez hadisə yerini tərk etmək qərarına gəldim. Təəssüf ki, o, hücuma davam etdi və bizimlə birlikdə liftə qaçdı. Orada özünü müdafiə etmək üçün var gücü ilə çalışan həmkarımı döyməyə başladı. Sürücüyə zəng vurdum ki, maşının yanında bizi gözləsin və lift dayanan kimi sürətlə çıxışa tərəf qaçdıq”, - deyə həkimlərdən biri bildirib.

Kişi qadınların arxasınca küçəyə qaçaraq, orada sürücüyə hücum edib və barmağı ilə onun gözünə vurub. Təsadüfi yoldan keçənlər təcavüzkarın qarşısını almağa kömək ediblər. Xəsarət alan həkimlər hüquq-mühafizə orqanlarına müraciət ediblər. Hücumla bağlı rayon prokurorluğu araşdırma aparır. İdarədən qeyd ediblər ki, münaqişə sərxoş kişinin həkimlərin küçə ayaqqabısı ilə girməsinin xoşuna gəlmədiyi üçün başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2310

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15