Kişi azyaşlı qızı meşəyə aparıb zorladı
08 iyul 2023 17:33 (UTC +04:00)

Kişi azyaşlı qızı meşəyə aparıb zorladı

Rostov vilayətində kişi azyaşlı qıza cinsi təcavüz edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kamenski rayonunun Staraya Stanitsa kəndində meşədə baş verib. Polis uşağa qarşı zorakılıqda şübhəli bilinən şəxs haqqında axtarış elan edib.

Məlumata görə, şübhəli şəxs qızla meşənin şimal hissəsində tək qalıb. O, uşağa cinsi təcavüz etdikdən sonra yoxa çıxıb.

Zərərçəkmiş hadisəni valideynlərinə danışıb, ailə polisə müraciət edib. Uşaq zorlayanın əlamətlərini xatırlayıb. Onun sözlərinə görə, təxminən 40 yaşlarında olan kişi tünd şalvar və köynək geyinib, açıq rəngli maşın sürüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3186

Oxşar yazılar