Kənd sakini yol qəzasında öldü
22 noyabr 2021 22:53 (UTC +04:00)

Kənd sakini yol qəzasında öldü

Tərtərdə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli müxbirinin verdiyi məlumata görə, hadisə Tərtər-Goranboy yolunun Hacıqərvənd kəndi hissəsində qeydə alınıb.

Tərtər şəhər sakini, 1983-cü il təvəllüdlü Səfərov Yediyar Osman oğlunun idarə etdiyi "VAZ-2107" markalı minik maşını Tərtər rayon sakini, 1992-ci il təvəllüdlü Bayramlı Qalib Firdovsi oğlunun idarə etdiyi "VAZ-2106" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Nəticədə "VAZ-2106" markalı nəqliyyat vasitəsinin sərnişini, 1991-ci il təvəllüdlü, Tərtər rayonu Hacıqərvənd kənd sakini Verdiyev Sərxan Bəbir oğlu aldığı xəsarətlərdən Tərtər rayonu Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı araşdırma başlanıb.

# 1272
avatar

Oxşar yazılar