Kəlbəcərdə çörək sexində işçilərin əmək hüquqları pozulub.
Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu barədə rayonun rayon İstibulaq kənd sakini Məmmədquluyev Həsrət Elman oğlu Kəlbəcər rayon Prokurorluğuna müraciət edib.
O bildirib ki, çalışdığı, rayon ərazisində yerləşən çörək sexində əmək hüquqları pozulub.
Müraciət üzrə əhəmiyyət kəsb edən şəxslərin izahatları alınaraq, o cümlədən digər zəruri tədbirlər görülüb.
Araşdırmanın nəticəsində məsələ müsbət həllini tapıb və H.Məmmədquluyevin müraciəti təmin olunub.