Keçmiş YAP funksionerinin oğlu məhkəmə zalında həbs edildi
14 oktyabr 2025 11:00 (UTC +04:00)

Keçmiş YAP funksionerinin oğlu məhkəmə zalında həbs edildi

1

Külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən sabiq vəzifəli şəxsin oğlu Şamil Cəfərzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Şamil Cəfərzadə 6 il müddətinə azadlıqdan məhrum edilib.

O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, ittihama görə, Şamil Cəfərzadə dayısına qarşı dələduzluq edib. Belə ki, xarici ölkədə yaşan dayısı Farxad Mamedov Azərbaycanda açdığı şirkət üçün “Azinko” yeni tikili binada 165 kvadratmetr sahəlik mənzili 3 ədəd qarajla birlikdə alınması üçün ona 220 min dollar verib. Lakin Şamil Cəfərzadə həmin vəsaiti talayıb.

Cinayət işi üzrə təqsirləndirilən Şamil Cəfərzadə özünü iş üzrə təsirli bilməyib və irəli sürülən ittihamları qəbul etməyib.

Təqsirləndirilən Şamil Cəfərzadəyə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) ittiham irəli sürülüb.

Şamil Cəfərzadə Yeni Azərbaycan Partiyasının (YAP) Goranboy rayon təşkilatının sabiq sədri Elçin İsmayılovun oğludur./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 612

Oxşar yazılar