Bakıda dəhşətli hadisə baş verib.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini, 51 yaşlı Rauf İslamov idarə etdiyi “Ford” markalı maşınla aralarında yaranmış münaqişə zəminində keçmiş qudası Ağsu sakini Babək Əmrahovu vurub.
Xəsarət alan Babək Əmrahov xəstəxanaya yerləşdirilib. Keçmiş qudasını vuran Rauf İsmayılov tutulub.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başladılıb. Araşdırılma aparılır.