Ələ keçirilən marixuanalar
23 sentyabr 2021 17:00 (UTC +04:00)

Ələ keçirilən marixuanalar

Keçmiş məhkumun evindən 9 kiloya yaxın narkotik tapıldı -FOTO

Bərdə sakinlərindən heroin və marixuana götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, daxil olmuş məlumatlar əsasında rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Qadir Haqverdiyev və əvvəllər məhkum olunmuş Rasim Quliyev saxlanılıb. R.Quliyevin evinə baxış keçirilən zaman 9 kiloqrama yaxın marixuana, Q.Haqverdiyevin üzərindən isə heroin aşkar edilərək götürülüb. Dindirilmə zamanı hər iki şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Faktlarla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırmalar davam etdirlir

# 1467
avatar

Mehman Nəbiyev

Oxşar yazılar