Salyan rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə sentyabr ayının 25-də rayon ərazisində fəaliyyəti dayandırılımış nasosxanadan iki ədəd elektrik mühərriki, bir ədəd nasos və digər avadanlıqları, eləcə də oktyabr ayının 11-də rayon sakini A.Abbasova məxsus bir ədəd elektrik generatoru oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Ceyhun Hüseynov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq hadisələrini etiraf edərək, su nasosunu dəyərindən ucuz qiymətə satdığını bildirib. Oğurluq yolu ilə əldə edilmiş avadanlıqların bir qismi isə maddi sübut kimi ondan götürülüb.
Faktlarla əlaqədar Salyan rayon Polis Şöbəsində araşdırmalar aparılır.