Türkiyədə 22 yaşlı qadın intihar edib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Bursada baş verib. Məlumata görə, Nevrigül Alan 46 gündür itkin düşüb. Uzun sürən axtarışlardan sonra onun meyiti bir meşəlik ərazidə ağacdan asılmış halda çürümüş vəziyyətdə tapılıb.
Mərhumun çantası və telefonu hadisə yerindən kənarda aşkarlanıb. Həmçinin ərazidə başqa mobil telefon da olub.
Müəyyən olunub ki, qadın 1 il öncə 6 illik əri Rəmzi Alanı tərk edib. Ayrılarkən o, 2 uşağından birini özü ilə götürüb. Ailəsi qızlarının daim əri tərəfindən döyüldüyünü iddia edib. Mərhum Nevrigülün valideynləri həmçinin bildirib ki, birt müddət əvvəl keçmiş əri qızlarını ölümlə təhdid edib.
Qız itkin düşəndən sonra onun sevgilisi Doğan A. saxlanılsa da, sonradan sərbəst buraxılıb.