Azərbaycanda sabiq deputat təqaüdünün azlığına görə məhkəməyə şikayət edib.
Lent.az xəbər verir ki, keçmiş deputat Solmaz Ələsgərova təqaüdünün yenidən hesablanması üçün Bakı İnzibati Məhkəməsinə müraciət edib. Qarşı tərəf isə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialıdır.
Birinci instansiya məhkəməsi S. Ələsgərovanın iddiasını təmin edib. Lakin dövlət qurumun mərkəzi filialı iddianın təmin olunması ilə razılaşmayıb. Belə ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial da öz növbəsində birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verib.
Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Xəyalə Cəmilovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, S. Ələsgərova 1995-2000-ci illər parlamentin birinci çağırış deputatı olub.