Keçmiş baş nazirə zorlama  İTTİHAMI
21 noyabr 2021 14:33 (UTC +04:00)

Keçmiş baş nazirə zorlama İTTİHAMI

0

Qadınların Beynəlxalq Tennis Assosiasiyası (VTA) çinli tennisçi Pen Şuayın taleyindən narahatdır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, o, noyabrın əvvəlində Çinin keçmiş baş naziri Çjan Qaolini cinsi qısnamada ittiham etdiyindən bəri heç bir xəbər yoxdur.

Çin dövlət kanalı CGTN Şuayın özünün yazdığı ittihamlarından imtina etdiyini, həmçinin özünün tamamilə təhlükəsiz olduğunu bildirdiyi iddia edilən elektron məktub yayımlayıb.

“Mən, sadəcə evdə dincəlirəm, hər şey qaydasındadır”, - tennisçi uzun müddət yoxluğunu belə izah edir.

Çin televiziyasının məlumatına görə, məktub VTA-nın rəhbəri Stiv Saymona ünvanlanıb və  “Hər kəsə salam, bu Pen Şuaydır” sözləri ilə başlayır.

Göndərənin elektron poçtunun həqiqiliyini yoxlamaq mümkün deyil, üstəlik, məktubun üslubu daha da narahatlıq yaradıb.

Bundan əlavə, CGTN kanalı tərəfindən göstərilən məktubun ekran görüntüsündə, mətn yığarkən görünən kursor aydın görünür.

“Pen Şuayın bu məktubu özü yazdığına inanmaqda çətinlik çəkirəm. Onun məzmunu onun inanclarına uyğun gəlmir. VTA və dünyanın qalan hissəsi təhlükəsiz olduqlarına dair müstəqil təsdiqə ehtiyac duyurlar”, - VTA-nın rəhbəri Stiv Saymon belə deyib. 

Pen Şuayı kifayət qədər yaxından tanıyanların fikrincə, mətnin üslubu onun danışıq tərzi ilə üst-üstə düşmür. Maraqlıdır ki, hazırda Çində heç bir başqa media resursu bu məktubu dərc etməyib.

 35 yaşlı Pen Şuay 2014-cü ildə qadın cütlüyündə dünyanın birnci tennisçisi olub.

Onun hesabında tayvanlı tennisçi Se Şüvey ilə birlikdə iki böyük dəbilqə turnirində (Uimbldon-2013 və Rolan Qarros-2014) qələbə var. Təklərdə o, reytinqdə 14-cü yerə yüksəlib.

Noyabrın əvvəlində Çinin Veibo sosial şəbəkəsindəki paylaşımında o, 2013-2018-ci illərdə Çinin baş naziri olmuş Çjan Qaolinin onucinsi əlaqəyə məcbur edildiyini açıqlamışdı. Qaoli Çin Xalq Respublikasının sədri Si Cinpinin yaxın adamı və tanınmış partiya lideridir.
Bu, Çində bu səviyyəli məmura qarşı ilk belə ittihamıdır. Bundan əlavə, Çin Qış Olimpiya Oyunlarına ev sahibliyi etməzdən bir neçə ay əvvəl səslənib.

Mesaj tez bir zamanda silinib, lakin çox sayda istifadəçi onu oxumağı bacarıb.

O vaxtdan bəri tennisçi haqqında heç nə məlum deyil. VTA və bir çox tennisçi dəfələrlə Şuayinin taleyindən narahat olduqlarını bildiriblər.

Xüsusilə, Naomi Osaka tennis rəsmilərini vəziyyətə aydınlıq gətirməyə çağırıb. Bu həftənin əvvəlində dünyanın 1 nömrəsi olan Novak Cokoviç baş verənlərdən şoka düşdüyünü bildirib.

VTA rəhbəri Stev Saymon israr edir ki, Pen Şuayın cinsi təcavüz iddiaları son dərəcə şəffaflıqla və heç bir senzura olmadan araşdırılmalıdır.

Çində hakimiyyəti tənqid edənlərin yoxa çıxması əvvəllər də olub, lakin bu, adətən iş adamlarını narahat edirdi. Pen Şuayla bağlı vəziyyət idmançılar arasında ilk haldır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3257

Oxşar yazılar