Abşeronda bank kartlarından oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı bank kartlarından oğurluq edən Sumqayıt şəhər sakinləri əvvəllər məhkum olunmuş 26 yaşlı Babək Cəfərzadə və 45 yaşlı Kamal Kərimli saxlanılıb. Araşdırma zamanı onların bankomatların yanında dayanaraq pul çıxaran vətəndaşlara “yardım” etmək adı ilə yaxınlaşdıqları, daha sonra onların hesablarında olan vəsaitləri ələ keçirdikləri məlum olub.
Qeyd edək ki, B.Cəfərzadə və K.Kərimli saxlanılan zaman onların üzərindən narkotik vasitə olan heroin də aşkar olunaraq götürülüb. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.