Vilayət Eyvazov
11 avqust 2021 11:22 (UTC +04:00)

Vilayət Eyvazov

Karantin qaydalarının pozulmasına göz yuman daha bir polis rəisi işdən çıxarıldı

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Cəlilabad rayon Polis Şöbəsinin rəisini vəzifədən kənarlaşdırıb.

Lent.az-ın məlumatına görə, bu barədə nazir əmr imzalayıb.

Əmrə əsasən, rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Mübariz Quliyev tutduğu vəzifədən azad edillərək sərəncama götürülüb.

Onun vəzifəsini hazırda rəis müavini həyata keçirir.

Lent.az-ın əldə etdiyi xəbərə görə, Mübariz Quliyevin rayon ərazisində fəaliyyət göstərən şadlıq saraylarının birində karantin qaydalarının pozulmasına göz yumduğu üçün işdən çıxarıldığı deyilir.

Xatırladaq ki, bir müddət əvvəl Bakının Nərimanov rayon Polis İdarəsinin rəis əvəzi və 17-ci Polis Bölməsinin rəisi də "İnfiniti" və "Extra" klublarında karantin rejimi qaydalarının pozulmasına göz yumduqları üçün vəzifədən uzaqlaşdırılıblar.

Mübariz Quliyev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 20226
avatar

Mehman Nəbiyev

Oxşar yazılar