Moskva vilayətində kanalizasiya quyusundan meyit tapılıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə Zelenoqrad şəhərində Nikolski qəbiristanlığının yaxınlığında baş verib. Kanalizasiya quyusundan başı və ayaqları olmayan naməlum şəxsin meyiti çıxarılıb.
Meyitin kimliyi hələlik müəyyənləşdirilməyib. Bundan başqa, həmin şəxsin təbii ölümlə vəfat edib-etmədiyi də məlum deyil. Araşdırma aparılır.