Oğurlanan qapaqlar
25 noyabr 2021 16:44 (UTC +04:00)

Oğurlanan qapaqlar

Kanalizasiya quyularının qapaqlarını oğurlayıb pul qazanmaq istədilər

Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə yağış sularının axıdılması üçün nəzərdə tutulan kanalizasiya quyusunun qapaqlarının oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyininin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon Polsi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarışları nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş Vüsal Cəfərov və Pərviz Quliyev saxlanılıb. Onlar ifadələrində həmin qapaqları oğurlayaraq metal qəbulu məntəqələrinə satdıqlarını etiraf ediblər.

Bundan başqa Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yüksək mərtəbəli binanın damından ümumi dəyəri 1244 manat olan mətbəx əşyalarını oğurlamaqda şübhəli bilinən Ruzigar Abdullyev saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs oğurladığı əşyaları taksi sifariş edərək apardığını daha sonra isə həmin əşyaların bir qismini satdığını etiraf edib

Faktlarla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırmalar davam etdirilir.

# 1428
avatar

Mehman Nəbiyev

Oxşar yazılar