Moskvada saxlanılan azərbaycanlı Ermənistan hüquq-mühafizə orqanları tərəfindən qətldə ittiham olunur.
Lent.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
“Göstərilən şəxsə qarşı qətl ittihamı ilə dövlətlərarası axtarış başlayıb”, - deyə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan bildirib.
ER Daxili İşlər Nazirliyi Zeynallının qətldə təqsirli bilinərək axtarışa verildiyini bildirsə də, əslində hansı qətldən söhbət getdiyi açıqlamayıb.
Qeyd edək ki, fitnes məşqçisi Kamil Zeynallı Moskvada saxlanılıb.