”КамАЗ” yol kənarına aşdı, sürücünü zorla çıxartdılar
02 may 2021 13:27 (UTC +04:00)

”КамАЗ” yol kənarına aşdı, sürücünü zorla çıxartdılar

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sabirabad rayonunun Şəhriyar kəndində ”КамАЗ” markalı yük avtomobilinin yol kənarına aşması barədə məlumat daxil olub.

Lent.az nazirliyin saytına istinadən bildirir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

# 1473
avatar

Oxşar yazılar