"KamAZ" sürücüsü FACİƏLİ  şəkildə öldü
28 sentyabr 2021 08:35 (UTC +04:00)

"KamAZ" sürücüsü FACİƏLİ şəkildə öldü

Goranboyda yol kənarında “KamAZ” markalı yük maşınının sürücüsü avtomobilinin təkərini dəyişərkən hərəkətdə olan digər avtomobil tərəfindən vurulub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Dəliməmmədli şəhəri yaxınlığında baş verib. “KamAZ”ən sürücüsü, Daşkəsən rayon sakini, 1983-cü il təvəllüdlü Əsgərov Fikrət İsa oğlu aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır.
 

# 1533
avatar

Oxşar yazılar