Jurnalist Şəmşad Ağa həbs olundu
06 fevral 2025 16:51 (UTC +04:00)

Jurnalist Şəmşad Ağa həbs olundu

“Arqument.az” saytının baş redaktoru, jurnalist Şəmşad Ağa (Ağayev) həbs edilib.

Lent.az APA-ya istinadla xəbər verir ki, bu barədə Xətai rayon Məhkəməsi qərar verib.

Xətai rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının verdiyi təqdimata baxılıb.

Təqdimat təmin olunub, Şəmşad Ağa barəsində 2 ay 1 gün müddətində həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 741

Oxşar yazılar