İvanovkada avtoqəza nəticəsində bir nəfər ölüb - VİDEO
25 sentyabr 2021 12:05 (UTC +04:00)

İvanovkada avtoqəza nəticəsində bir nəfər ölüb - VİDEO

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən Lent.az-a bildirilib ki, nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 59 yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 1-i azyaşlı olmaqla 5 nəfər xilas edilib, həmçinin İsmayıllı rayonunun İvanovka kəndində “Opel” markalı minik avtomobilinin yol kənarındakı dəmir maneəyə çırpılması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan 1990-cı il təvəllüdlü İbrahimov Ramil Mütəllim oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

# 546
avatar

Oxşar yazılar