İtkin düşən Vətən müharibəsi iştirakçısı TAPILDI  - YENİLƏNİB
27 iyul 2022 10:53 (UTC +04:00)

İtkin düşən Vətən müharibəsi iştirakçısı TAPILDI - YENİLƏNİB

Bir nüçə gün əvvəl itkin düşən Vətən müharibəsi iştirakçısı tapılıb.

Lent.az xəbər verir ki, bu barədə "Qarabağ Qaziləri" İctimai Birliyinin İdarə Heyətinin üzvü Rey Kərimoğlu məlumat yayıb. 

O bildirib ki, 1 həftədir itkin düşən Neftçala rayon sakini, qazi Cavid Bədəlovun yeri aşkar edilib və tapılıb.

Qeyd edək ki, Abşeron rayon, Xırdalan qəsəbəsində yaşayan, Neftaçala rayon sakini Cavid Bədəlovun ailəsi iyulun 21-də polisə onun itkin düşməsi barədə ərizə ilə müraciət edib.

***

25 iyul saat 17:17

Neftçala rayon sakini Abşeronda itkin düşüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, Neftçala rayon sakini olan Cavid Bədəlovun Xırdalan şəhərində yaşayırmış və orada itkin düşüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirib ki, fakt nəzarətə götürülüb və Cavid Bədəlovun tapılması istiqamətində polis əməkdaşları tərəfindən axtarışlar davam etdirilir: "Cavid Bədəlovun ailəsi iyulun 21-də polisə onun itkin düşməsi barədə ərizə ilə müraciət edib, onun tapılması üçün zəruri tədbirlər görülür".

Cavid Bədəlov Vətən müharibəsinin iştirakçısı olub.

# 5100
avatar

Oxşar yazılar