Misirin Şarm əl-Şeyx kurortundan Samaraya qayıdan rusiyalı turist təyyarənin tualetində intihar edib.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, uçuş zamanı sərnişinlər və ekipaj üzvləri yerlərini tutan zaman 48 yaşlı kişi ayağa qalxaraq tualetə gedib.
Təxminən 15 dəqiqədən sonra stüardessalar səyyahın yoxa çıxdığını görüblər. Onlar qapını açmağa çalışsalar da, turist kilidin qarşısını kəsib.