"İstanbul" klinikası cərimələndi
26 yanvar 2023 17:16 (UTC +04:00)

"İstanbul" klinikası cərimələndi

Bakıda yerləşən məşhur "İstanbul Klinika" MMC reklam qaydalarını pozub.

Lent.az xəbər verir ki, klinika heç bir icazə almadan açıq məkanda reklam yerləşdirib. Bu səbəblə MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (Müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə) maddəsilə protokol tərtib olunub.

Protokol baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, həmin maddə əsasında fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir.

# 1044
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Azərbaycanda Uşaq Xəstəxansının keçmiş binası yandı

Azərbaycanda Uşaq Xəstəxansının keçmiş binası yandı

29 mart 2023 , 21:37
Zaqatalada məktəbli qızlar arasında DAVA

Zaqatalada məktəbli qızlar arasında DAVA

29 mart 2023 , 16:00
Sabiq deputat VƏFAT ETDİ

Sabiq deputat VƏFAT ETDİ

29 mart 2023 , 15:31
Keçmiş icra başçısının  cəzası azaldıldı

Keçmiş icra başçısının cəzası azaldıldı

29 mart 2023 , 14:29
Rəşad Dağlının məhkəməsi başlayır, yekun ittihamı bəlli oldu

Rəşad Dağlının məhkəməsi başlayır, yekun ittihamı bəlli oldu

29 mart 2023 , 14:28
"Xan" 50 gün sonra sağ TAPILDI

"Xan" 50 gün sonra sağ TAPILDI

29 mart 2023 , 14:03
Ödəmə terminalından oğurluq etmək istədi, TUTULDU

Ödəmə terminalından oğurluq etmək istədi, TUTULDU

29 mart 2023 , 13:14
İlham İsmayılın oğlu saxlanıldı

İlham İsmayılın oğlu saxlanıldı

29 mart 2023 , 13:10