İsmayıllı-Şamaxı yolu çökdü, sərnişinlər yolda qaldı -  YENİLƏNİB
30 iyun 2023 00:47 (UTC +04:00)

İsmayıllı-Şamaxı yolu çökdü, sərnişinlər yolda qaldı - YENİLƏNİB

İsmayıllı ərazinsində yolun çökməsi ilə əlaqədar əraziyə texnika cəlb olunub.

Lent.az xəbər verir ki, çökmə ilə bağlı əraziyə İsmayıllı rayon 9 saylı yol istismar idarəsinin texnikası, eləcə də ərazidə yol tikinti işlərini aparan şirkətin canlı qüvvəsi və texnikası cəlb olunub. İsmayıllı yol idarəsindən bildirdilər ki ümumilikdə yolun 40 metr hissəsində çökmə olub, bəzi yerlərdə 1,5 m, bəzi hissələrində 4 metrədək yol çöküb. Hazırda yolun bərpası istiqamətində iş gedir.


AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli Lent.az-a bildirib ki, Muğanlı-İsmayıllı istiqamətində tikinti ilə əlaqədar salınmış müvəqqəti xidməti yolda sürüşmələr qeydə alınıb. Sözügedən hissələr üzrə avtonəqliyyat vasitələrinin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə gecə saatlarında təmir işləri icra olunacaq. Bu səbəbdən Muğanlıdan İsmayıllı və əks istiqamətdə bir-neçə saatlıq avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Qeyd olunan müddət ərzində sürücülərdən alternativ olaraq Bakı-Şamaxı-Yevlax avtomobil yolundan (Ağsu aşırımı) istifadə etmələri tövsiyə olunur.

Yaxın saatlarda yolda hərəkət bərpa olunacaq.

*** 

00.23

İsmayıllıdan Şamaxıya gedən yolda Muğanlı-İsmayıllı istiqamətində çökmə olub. 
Lent.az-ın xəbərinə görə, hadisə təqribən bir saat əvvəl baş verib. Yol çökdüyü üçün avtomobillər yolda qalıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10080
avatar

Oxşar yazılar