İşıqforun qırmızı işığından keçən “ayıq sürücü” qəza törətdi - FOTO
23 noyabr 2021 05:27 (UTC +04:00)

İşıqforun qırmızı işığından keçən “ayıq sürücü” qəza törətdi - FOTO

Bakının Yasamal rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə və Əsəd Əhmədov küçələrinin kəsişməsində qeydə alınıb.

“KİA” markalı avtomobilin sürücüsü işıqforun yaşıl işığından keçən zaman “Chevrolet” markalı avtomobillə toqquşub. “Chevrolet” idarəetməni itirərək “KİA” markalı avtomobilə çırpıb.

Qəza zamanı “KİA”nı idarə edən qadın xəsarət alıb. Hadisə şahidlərinin məlumatına görə, “Chevrolet”i idarə edən şəxs “ayıq sürücü” xidmətinin əməkdaşı olub. 

“Chevrolet”in sürücüsünün Abbas Mirzə Şərifzadə küçəsində işıqforun qırmızı işığından keçdiyi bildirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.
 

# 1449
avatar

Oxşar yazılar