İşıq dirəyini aşıran avtomobil yararsız hala düşdü-FOTO
14 avqust 2023 03:21 (UTC +04:00)

İşıq dirəyini aşıran avtomobil yararsız hala düşdü-FOTO

0

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, qəza Babək prospektində qeydə alınıb.

Belə ki, idarəetməni itirən “Mercedes” markalı avtomobilin sürücüsü minik vasitəsini işıq dirəyinə çırpıb. Zərbənin təsirindən işıq dirəyi aşıb, avtomobil isə deformasiyaya uğrayıb.

Qəza nəticəsində yol infrastrukturuna da ziyan dəyib. Əraziyə DYP əməkdaşları cəlb edilib. Yararsız vəziyyətə düşən minik avtomobili cərimə meydançasına yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3040

Oxşar yazılar