İritonnajlı yük avtomobilinin təkəri yandı 
13 noyabr 2021 22:16 (UTC +04:00)

İritonnajlı yük avtomobilinin təkəri yandı 

Hadisə saat 20:50-də Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Əliabad qəsəbəsindən keçən hissəsində baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, 1969-cu il təvəllüdlü Naxçıvan şəhər sakini Arif Qasım oğlu Səfərovun idarə etdiyi “Mersedes” markalı ağırtonnajlı yük avtomobili hərəkətdə olarən sağ arxa şinində yanğın baş verib. 

Alovun söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğının qarşısı alınıb. Hadisə nəticəsində nəqliyyat vasitəsinin bir ədəd sağ arxa şini yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1320
avatar

Oxşar yazılar