İrigövdəli ağac aşıb yolu bağladı
26 sentyabr 2021 09:41 (UTC +04:00)

İrigövdəli ağac aşıb yolu bağladı

0

Qəbələ rayonunda irigövdəli ağacın aşması nəticəsində yol bağlanıb.

Lent.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, "112" qaynar telefon xəttinə Qəbələ rayonunun Nic qəsəbəsində və Hacıalılı kəndində irigövdəli ağacın aşması və nəticədə insanların təhlükəsiz gediş-gəlişinə maneə yaranması barədə məlumat daxil olub.

FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri çağırış ünvanlarına cəlb olunub. Xilasedicilər, müvafiq təhlükəsizlik qaydalarına riayət etməklə, aşmış ağacları hissələrə kəsərək yoldan götürülməsini, bununla da həmin yollarda vətəndaşların təhlükəsiz gediş-gəlişini təmin ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1542

Oxşar yazılar