İnterpol tərəfindən axtarılan azərbaycanlı Türkiyə sərhədində saxlanılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, İğdır polisi daxil olan məlumat əsasında Türkiyə-Naxçıvan yolunda əməliyyat keçirərək bir avtomobili saxlayıblar.
Yoxlama zamanı insan alveri, fahişəliyə cəlbetmə və fahişəlik təşkil etmək ittihamları ilə barəsində 43 il 3 ay 10 gün həbs qərarı verilən, İnterpol tərəfindən axtarışda olan azərbaycanlı N.S. saxlanılıb. O, məhkəmə qərarı ilə tutularaq həbsxanaya yerləşdirilib.
