İmtahanlardan  kəsilən tələbə   özünü öldürdü
10 yanvar 2024 14:03 (UTC +04:00)

İmtahanlardan kəsilən tələbə özünü öldürdü

0

Azərbaycanda tələbə intihar edib.

Lent.az-ın xəbərinə görə, Azərbaycan Turizm və Menecment Universitetinin Turizm işinin təşkili fakültəsinin 3-cü kurs tələbəsi Raqib Rafiq oğlu Qədimov özünü asıb.

Tələbə yoldaşlarının bildirdiyinə görə, R.Qədimovun universitetdə davamiyyətlə bağlı problemi olub və o, 8 fənn üzrə qaib limitinə düşdüyü üçün imtahana buraxılmayıb.

İntiharın ilkin ehtimalı kimi bu iddia səsləndirilsə də, məsələyə hüquqi qiymət araşdırmalardan sonra veriləcək.

Qobustan rayonunun Sündü kənd sakini olan tələbənin həyatına qəsd etməsi ilə bağlı araşdırma aparılır. ("Qafqazinfo")

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5569

Oxşar yazılar