İmişlidə toyda kütləvi zəhərlənmə  - 20 nəfər xəstəxanadadır -  YENİLƏNİB
24 sentyabr 2025 18:51 (UTC +04:00)

İmişlidə toyda kütləvi zəhərlənmə - 20 nəfər xəstəxanadadır - YENİLƏNİB

0

Sentyabrın 24-də saat 14:10-dan etibarən zəhərlənmə şübhəsi ilə 20 nəfər (4-ü uşaq olmaqla 7-si kişi, 13-ü qadın) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Lent.az-a TƏBİB-dən məlumat verilib.

"Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib. 14 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində, 4 azyaşlının müalicəsi uşaq şöbəsində, 1 kişinin müalicəsi poliklinika şöbəsində, digər 1 nəfər qadının müalicəsi isə yoluxucu xəstəliklər şöbəsində davam etdirilir. Pasiyentlərin hər birinin vəziyyəti stabil qiymətləndirilir", - məlumatda bildirilir

***

17:40

İmişli rayonunda kütləvi zəhərlənmə olub.

Lent.az-ın məlumatına görə, 18 nəfər zəhərlənmə diaqnozu ilə İmişli rayon xəstəxanasına yerləşdirilib. Onlardan 4-nün azyaşlı olduğu bildirilir.

Məlumata görə, ürəkbulanma, qızdırma və ishal şikayətləri ilə xəstəxanaya müraciət edənlərin hamısı ötən gün rayonun Muradxanlı kəndində keçirilən toy mərasimində iştirak ediblər.(APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 537

Oxşar yazılar