Rusiya əsgərləri azyaşlı qızdan sipər kimi  istifadə edib ailəsini GÜLLƏLƏDİ
24 sentyabr 2025 14:00 (UTC +04:00)

Rusiya əsgərləri azyaşlı qızdan sipər kimi istifadə edib ailəsini GÜLLƏLƏDİ

0

Ukraynanın Donetsk vilayətinin Şandriqolovo qəsəbəsində rusiyalı hərbçilər bir mülki ailəni güllələyib və azyaşlı qızı ələ keçiriblər.

Lent.az xarici mediaya istinadla bildirir ki, Rusiya əsgərləri uşağı hücum qruplarının irəliləməsi üçün “canlı sipər” kimi istifadə ediblər.

Dərc olunan radiomüşahidə məlumatlarına əsasən, “Bali” çağırış adı ilə tanınan Rusiya qüvvələrinin komandiri hücum başlamazdan əvvəl guya mülki şəxslərin, o cümlədən uşaqların məhv edilməsi barədə əmr verib. Ukrayna tərəfi bu hərəkətləri hərbi cinayət kimi qiymətləndirir və beynəlxalq ictimaiyyəti humanitar hüququn pozulması faktlarına diqqət yetirməyə çağırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 378

Oxşar yazılar