İmişlidə avtomobil aşıb.
Lent.az xəbər verir ki, hadisə Ağaməmmədli kəndində qeydə alınıb.
Belə ki, 1981-ci il təvəllüdlü Adəm Mətləb oğlu Ağayev idarə etdiyi “Mercedes ML350” markalı avtomobillə idarəetməni itirərək yolun hərəkət istiqamətinin sağ tərəfinə aşıb.
Nəticədə avtomobildə olan 1967-ci il təvəllüdlü Bayram Məmmədağa oğlu Qasımov aldığı xəsarətlərdən hadisə yerində ölüb, A.Ağayev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.