İmişli və Ağcabədi rayonlarında ferma, Ağdamda isə ev yanıb
04 sentyabr 2021 08:47 (UTC +04:00)

İmişli və Ağcabədi rayonlarında ferma, Ağdamda isə ev yanıb

0

İmişli rayonunun Məmmədli kəndində fermanın ərazisində yanğın baş verib.  

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, ümumi sahəsi 24 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.  

Ağcabədi rayonunda da ferma yanıb. Yanğın Hüsülü kəndində baş verib.  

Ağdam rayonunun Çəmənli kəndində isə ümumi sahəsi 60 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.   Hər üç yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1295

Oxşar yazılar