İki qardaşın metrodan başlanan FACİƏSİ:   Əlixan Qaranı xilas etmək istəyirdi... - VİDEO
15 noyabr 2021 04:22 (UTC +04:00)

İki qardaşın metrodan başlanan FACİƏSİ: Əlixan Qaranı xilas etmək istəyirdi... - VİDEO

0

Moskvada metronun “Sxodnenskaya” stansiyasının platformasında ölən şəxsin qardaşının yaxınlıqdakı Svoboda küçəsində meyiti tapılıb.

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, metroda qatarın altına yıxılarkən 22 yaşlı Qara Əzizovu xilas etmək istəyən böyük qardaşı, 26 yaşlı Əlixan Əzizov özü həlak olub.

Q.Əzizovun hadisədən əvvəl platformada sevgilisi ilə mübahisə etdiyi bildirilir. Hadisə zamanı Qaranın böyük qardaşı da onların yaxınlığında olub. 

Q.Əzizov onu xilas etməyə çalışan qardaşının qatarın altına düşdüyünü gördükdən sonra metrodan çıxaraq qaçmağa başlayıb. 

Lakin bir neçə saat sonra onun metrostansiyadan bir neçə kilometr aralıda Svoboda küçəsində ölü tapılıb. İlkin məlumata görə, o, intihar edib.

Xatırladaq ki, “Sxodnenskaya” metrostansiyasında sözügedən hadisə noyabrın 13-də baş verib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3819

Oxşar yazılar