İki hərbi qulluqçumuz yol qəzasında HƏLAK OLDU  - FOTO
14 avqust 2021 11:15 (UTC +04:00)

İki hərbi qulluqçumuz yol qəzasında HƏLAK OLDU - FOTO

0

Avqustun 13-ü axşam saatlarında Kəlbəcər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib ki, hadisə nəticəsində hərbi qulluqçular - leytenant Həsənli Eldar Müşfiq oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Cəfərov Anar Müstəqim oğlu həlak olub. 

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçuların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.

Leytenant Həsənli Eldar Müşfiq oğlu

Çavuş Cəfərov Anar Müstəqim oğlu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 7704

Oxşar yazılar