“İdeal” saytının rəhbəri Nazim Quliyev yenidən həbs edildi
26 aprel 2024 19:33 (UTC +04:00)

“İdeal” saytının rəhbəri Nazim Quliyev yenidən həbs edildi

“İdeal” saytının rəhbəri Nazim Quliyev həbs edilib.

Lent.az xəbər verir ki, N.Quliyev iki nəfərə qarşı dələduzluqda ittiham olunur.

O, Daxili İşlər Nazirliyinin( DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın qərarı ilə N.Quliyev haqda 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Nazim Quliyev 2009-cu ildə rüşvət almaqda, hədə-qorxu ilə tələb etməkdə və digər cinayət əməllərində təqsirli bilinərək 13 il 3 ay müddətinə azadlıqdan məhrum edilib, 11 il sonra - 2020-ci ildə azadlığa buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1980
avatar

Oxşar yazılar