İdarəetmədən çıxan maşın 2 mühafizəçini vurdu  - FOTO
13 sentyabr 2021 23:34 (UTC +04:00)

İdarəetmədən çıxan maşın 2 mühafizəçini vurdu - FOTO

0

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin "Kolxoz Bazarı" adlan ərazisində qeydə alınıb.

Hərəkətdə olan "Priora" markalı minik maşının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil bazarın 2 mühafizəçisini vuraraq onlara xəsarət yetirib. Hadisə zamanı sürücü də xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2104

Oxşar yazılar