Masallıda intiharın qarşısı alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, rayon icra hakimiyyətinin inzibati binasının qarşısında şəhər sakini E.Babayev gətirdiyi yanacağı üzərinə tökərək özünü yandırmağa cəhd göstərib.
Rayon Mühafizə Bölməsi əməkdaşlarının müdaxiləsi nəticəsində intihara cəhdin qarşısı alınıb və o, saxlanılaraq rayon Polis Şöbəsinə təhvil verilib.
E.Babayev izahatında əmisi oğlu R.Babayevin onu təhqir etdiyi üçün intihar etməyə cəhd göstərdiyini bildirib.
Faktla bağlı araşdırmalar aparılır.